https://innews.media/uploads/news/2022-12/_innews_09e2fa5387963833c1488f84d_o.jpg
Bakı Dövlət Universitetində (BDU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 5-də başlayacaq. Bu barədə BDU Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
İmtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçiriləcək.
İmtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.
Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.
Ən son xəbərləri səhifəmizdən də izləyin