https://innews.media/uploads/news/2022-12/_innews_4f68646d7b97e7632d3487cd2_o.jpg
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın təbii resurslarının qanunsuz istismarına, ekoloji terrora etiraz edən UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbə-könüllüləri Şuşa-Laçın yolunda keçirilən aksiyaya qoşularaq, terrora son qoyulmasını tələb edirlər.
Bu barədə UNEC THİK sədri İlkan Əliyev komitənin rəsmi facebook səhifəsində məlumat paylaşıb. THİK sədri Şuşa-Laçın yolundakı aksiyanı dəstəklədiklərini və komitənin bütün üzvlərinin aksiyaya qoşulmağa hazır olduqlarını bildirib.
Ən son xəbərləri səhifəmizdən də izləyin