https://innews.media/uploads/news/2022-12/_innews_c7838d31c1444a1eb45f0f68b_o.jpg
Bakı Limanın da tərəfdaşlığı ilə “Orta Dəhliz: Limanlar və Hava Yolu Yükdaşımaları Vasitəsilə İqtisadiyyatları Əlaqələndirir” mövzusunda beynəlxalq konfrans keçirilib
Konfransın əsas məqsədi Azərbaycanın mühüm coğrafi mövqeyi, inkişaf etmiş logistika infrastrukturu, Avropa və Asiya arasında yükdaşıma və xidmətlərin tranzit daşınması dəniz limanı və hava limanları ilə yaratdığı əhəmiyyətli rolun göstərilməsidir.
Konfrans, dövlət və diplomatik qurumların, həmçinin biznes şirkətlərinin yüksək səviyyəli rəsmilərinin bilik və təcrübələrini iştirakçılarla bölüşməsi üçün önəmli imkan yaradıb. Eyni zamanda, konfrans iştirakçıları olan idxalçılar, ixracatçılar, karqo şirkətlərinin nümayəndələri, ekspeditorlar və s. çıxışçı ekspertlərlə fikir mübadiləsi apararaq “Orta Dəhliz” boyunca mövcud olan ticarət imkanlarından necə istifadə edilə biləcəyinə dair müzakirə aparmaq imkanı əldə ediblər. Konfransda Bakı Limanının Baş direktoru Taleh Ziyadov qonaq çıxışçı kimi iştirak edərək “Bakı Limanının Orta Dəhliz boyu Qlobal iqtisadi inteqrasiyada rolu” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, beynəlxalq konfrans ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi(USAID) və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı, Bakı Limanı, Qlobal Palata(Global Chamber) və Azərbaycan Respublikasının ABŞ-dakı səfriliyinin tərəfdaşlığı ilə keçirilir.