logo
BDU-nun "Psixologiya klubu" tələbələr üçün təlim keçirib

BDU-nun "Psixologiya klubu" tələbələr üçün təlim keçirib

BDU-nun "Psixologiya klubu" tələbələr üçün təlim keçirib BDU-nun "Psixologiya klubu" tələbələr üçün təlim keçirib

Bakı Dövlət Universitetinin Psixoloji yardım sektorunun nəzdində fəaliyyət göstərən “Psixologiya klubu”nun yeni tədris ilində tələbələr üçün ilk təlimi keçirilib.

Görüşün əvvəlində tələbələrlə tanışlıq xarakterli praktiki çalışma yerinə yetirilib. Tələbələrin "Psixologiya klubu”ndan gözləntiləri qeydə alınıb.

Təlimdə tələbələrə psixoterapiyanın əsasları, psixoloji konsultasiyadan fərqi izah olunub. Psixoloqa müraciət edən insanlara düzgün, professional  yanaşma ilə bağlı məlumat verilib.

“Psixologiya klubu”nun təlimləri davam edəcək.

Qeyd edək ki, BDU-nun Psixoloji yardım sektorunun nəzdində “Psixologiya klubu" bu ilin mart ayında yaradılıb. Klubun yaradılmasında məqsəd gənclər arasında maarifləndirmə işləri aparmaq, müxtəlif psixoloji mövzuların müzakirəsini təşkil etməkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media