https://innews.media/uploads/news/2026-08/_innews_73c4cec13b018f160f5a0d097_o.jpg
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və “Clarivate” şirkətinin birgə təşkilatçılığı ilə 20-24 iyul 2026-cı il tarixlərində Serbiya Respublikasının Belqrad şəhərində “Elmmetriya üzrə Sertifikasiya Proqramı” təşkil olunub. Sertifikasiya proqramında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Keyfiyyətin təminatı şöbəsinin əməkdaşı Bəyim Nəbiyeva iştirak edib.
Beş gün davam edən proqram çərçivəsində iştirakçılara beynəlxalq elmi kommunikasiya, elmmetrik təhlil, elmi fəaliyyətin monitorinqi və müəssisələrin akademik göstəricilərinin qiymətləndirilməsi istiqamətləri üzrə nəzəri və praktiki biliklər təqdim olunub.
Təlimlər zamanı “Web of Science”, “InCites”, “Journal Citation Reports”, “EndNote”, “ProQuest Central”, “Research Horizon Navigator” və “Research Assistant” platforma və alətlərinin elmi fəaliyyətin qiymətləndirilməsi və elmmetrik təhlillərin aparılması prosesində tətbiqi izah edilib. İştirakçılar hər bir mövzu üzrə praktiki tapşırıqlar yerinə yetirmək imkanı qazanıblar.
Proqramın sonunda iştirakçılara “Clarivate” şirkəti tərəfindən beynəlxalq sertifikatlar təqdim olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin