https://innews.media/uploads/news/2026-08/_innews_2099d560b318cc9bd2969c8e5_o.jpg
18 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində növbəti cıdır yarışlarını keçirmişdir.
Yarışlarda ümumilikdə 10 Qarabağ və Dilbaz atının iştirakı ilə 2 maraqlı qaçış təşkil edilmiş, iştirakçılar yüksək peşəkarlıq və gərgin mübarizə nümayiş etdirmişlər.
Üç yaşlı Dilbaz atları arasında 1400 m məsafədə keçirilən qaçışda Sadiq Azayev “Şans” ləqəbli atla birinci yerə layiq görülmüş, Mahmud Ağazadə “Sarban” ləqəbli atla ikinci, Rəşid Musayev isə “Sarıyer” ləqəbli atla üçüncü olmuşdur.
Beş yaş və yuxarı Qarabağ atları arasında 2000 m məsafədə baş tutan qaçışda isə Rauf Tahirov “Xatun” ləqəbli atla birinciliyi əldə etmiş, Hilal Nəzərov “Sultan” ləqəbli atla ikinci, Mahmud Ağazadə “Toxtamış” ləqəbli atla üçüncü yerdə qərarlaşmışdır.
Qeyd edək ki, cıdır mövsümünün növbəti yarışlarının 5 sentyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.
Ən son xəbərləri səhifəmizdən də izləyin