https://innews.media/uploads/news/2026-08/_innews_5826b7c28e0b1178f30f83509_o.jpg
17 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "EMBAFİNANS" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 30.07.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
BOKT "EMBAFİNANS" QSC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2016020607 |
|
İstiqrazın növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
|
Ticarət üsulu / forması |
Kütləvi / Birqiymətli Hərrac |
|
İstiqrazların sayı |
40,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
4,000,000 manat |
|
İllik gəlirlilik faizi |
13% |
|
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üc) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
|
Tədavül müddəti |
12 ay |
|
Ticarətə buraxılma tarixi |
30.07.2026 |
|
Anderrayter |
“Unicapital İnvestisiya Şirkəti” ASC |
Ən son xəbərləri səhifəmizdən də izləyin