logo
“Fiorentina” ukraynalı hücumçu ilə maraqlanır

“Fiorentina” ukraynalı hücumçu ilə maraqlanır

“Fiorentina” ukraynalı hücumçu ilə maraqlanır “Fiorentina” ukraynalı hücumçu ilə maraqlanır

“Roma”nın hücumçusu Artem Dovbik bu yay A Seriyasının başqa klubuna keçə bilər.

“Fiorentina” ukraynalı futbolçu ilə maraqlanır. Moyze Kin komandadan ayrılacağı halda, Florensiya klubunun Dovbiki transfer etməyə çalışacağı bildirilir. Oyunçu ilə həmçinin, UEFA Çempionlar Liqasına vəsiqə qazanan “Komo”nun da maraqlandığı qeyd olunur.

29 yaşlı hücumçu 2024-cü ilin avqustundan “Roma”nın formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir. Ukraynalı forvard ötən mövsüm A Seriyasında 14 oyuna çıxaraq, 3 qol vurub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media