logo
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Avropada işgüzar səfərdədir - FOTO

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Avropada işgüzar səfərdədir - FOTO

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Avropada işgüzar səfərdədir - FOTO Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Avropada işgüzar səfərdədir - FOTO

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov və Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov Avropada işgüzar səfərdədir.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Belçika, Hollandiya və Almaniyada fəaliyyət göstərən diaspora nümayəndələri, xarici millət vəkilləri və həmvətənlilərimiz ilə görüşlər keçirəcəkdir.

Səfərin ilk günlərindən başlayaraq "Benilüks" Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə nümayəndə heyəti Belçikada fəaliyyət göstərən "Brüssel-Azərbaycan" Mədəniyyət evini ziyarət etdilər. Mədəniyyət evinin inzibati binası ilə yaxından tanış oldular və gələcək əməkdaşlıq məsələlərini geniş şəkildə müzakirə etdilər.

Növbəti gün nümayəndə heyəti tərəfindən Amsterdamda fəaliyyət göstərən Hollanda Türk Federasyonunu ziyarət edildi. Görüş zamanı Hollanda Türk Federasyonu Başkanı Murat Gedik Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyətinin qərarına əsasən Azərbaycan-Türkiyə qardaşlığının inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif edildi.

Daha sonra nümayəndə heyəti tərəfindən  Rotterdam şəhərində yaşayan Pakistanlı iş adamı  Tajamal Hussain Choudry ilə görüş keçirilmişdir. 44 günlük Vətən Müharibəsində xüsusi dəstək olmuş Pakistanlı iş adamına müxtəlif hədiyyələr təqdim edildi.

Nümayəndə heyəti tərəfindən Avropada fəaliyyət göstərən "Qarabağ" İdman klubunun təsisçilərilə  görüş keçirildi. Görüş zamanı onlara Avropada "Qarabağ" adının təbliğatı və təşviqatı istiqamətindəki xidmətlərinə görə təşəkkür edildi.

Eyni zamanda Benilüks Azərbaycanlıları Konqresinin və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndələri Haqa şəhərində Hollandiya-Azərbaycan Türk Kültür Dərnəği ilə görüş keçirdilər.  Təşkilat tərəfindən yaradılmış Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.

Qeyd edək ki, səfər mart ayının 8-nə qədər davam edəcəkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media