logo
Dünya jurnalistləri Bakıda bir araya gələcək: “Baku Media Open”ə qeydiyyat başladı

Dünya jurnalistləri Bakıda bir araya gələcək: “Baku Media Open”ə qeydiyyat başladı

Dünya jurnalistləri Bakıda bir araya gələcək: “Baku Media Open”ə qeydiyyat başladı Dünya jurnalistləri Bakıda bir araya gələcək: “Baku Media Open”ə qeydiyyat başladı

“Bu dəfə qələmlər deyil, stolüstü tennis raketkaları tarix yazacaq: Dünya jurnalistləri Bakıda yarışacaq”

Əziz həmkarlar, dəyərli KİV nümayəndələri və jurnalistlər!

22 İyul – Milli Mətbuat Günü münasibətilə, “Bakı 2026 – Dünyanın İdman Paytaxtı” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası və “Sportsman” jurnalının birgə təşkilatçılığı ilə “Baku Media Open” Beynəlxalq Stolüstü Tennis Turniri keçiriləcək.

Turnir Bakı şəhərində yerləşən “Şüa” İdman Kompleksində baş tutacaq. Yarışda Azərbaycan jurnalistləri ilə yanaşı, Avropa və dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş media nümayəndələrinin iştirakı gözlənilir. İştirakçılar stolüstü tennis üzrə fərdi yarışlarda mübarizə apararaq həm idman bacarıqlarını nümayiş etdirəcək, həm də peşəkar həmrəylik və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəklər.

Bu beynəlxalq yarış media nümayəndələrini yalnız idman meydanında deyil, həm də əməkdaşlıq və dostluq platformasında bir araya gətirəcək. Turnir jurnalistlər arasında sağlam həyat tərzinin təbliği, beynəlxalq əlaqələrin inkişafı və idman ruhunun təşviqi məqsədi daşıyır.

Yarışın qalibləri və mükafatçıları diplom, medal və xüsusi mükafatlarla təltif olunacaqlar.

Milli Mətbuat Gününə həsr olunmuş bu nüfuzlu beynəlxalq turnirdə iştirak etməyə, həmkarlarınızla idman meydanında görüşməyə və maraqlı mübarizənin bir parçasına çevrilməyə hər birinizi dəvət edirik.

İyulun 22-də media nümayəndələri arasında stolüstü tennis turnirinə qeydiyyat 12 iyul saat 15:00-da başa çatacaq.

Qeydiyyat üçün aşağıdakı məlumatları media@mys.gov.az elektron poçt ünvanına göndərdikdən sonra "Whatsapp" vasitəsilə Aqşin Fərəcova @⁨+994 50 668 89 35⁩ məlumat vermək lazımdır:

* Ad, soyad
* Təmsil etdiyi media qurumu
* Vəzifəsi
* ⁠Media vəsiqəsi
* Əlaqə telefonu

Qeydiyyat üçün müraciət iştirakın təsdiqi deyil. Təşkilatçılar müraciət edənlərin media qurumunu təmsil etdiyini yoxladıqdan sonra iştirak təsdiqlənəcək.

Hörmətlə,
Təşkilat Komitəsi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media