logo
“28 May” stansiyasında eskalator təmirə dayandırılır

“28 May” stansiyasında eskalator təmirə dayandırılır

“28 May” stansiyasında eskalator təmirə dayandırılır “28 May” stansiyasında eskalator təmirə dayandırılır

“28 May” stansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti təmirə dayandırılır.

2012-ci ildən istismarda olan “Victoria FT-935” tipli eskalatorlarda təhlükəsiz və etibarlı istismarın davamlılığını təmin etmək məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki işlər həyata keçirilir.

Təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün digər üç eskalator fasiləsiz xidmət göstərəcək.

Təmir işləri 10 iyul–1 avqust 2026-cı il tarixlərini əhatə edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media