logo
Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb - VİDEO

Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb - VİDEO

Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb - VİDEO Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb - VİDEO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Masallı rayonu, Kürdəbaz kəndində yerləşən fiziki şəxs Qardaşov Mahir Bəbir oğluna məxsus soyuducu anbarda reyd keçirilib.

Yoxlama zamanı ümumi çəkisi 3050 kq olan və korlanma əlamətləri müşahidə edilən ətlər aşkar olunub. Məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media