logo
20 ildən sonra Olimpiya Himninin yenilənmiş versiyası təqdim olundu - VİDEO

20 ildən sonra Olimpiya Himninin yenilənmiş versiyası təqdim olundu - VİDEO

20 ildən sonra Olimpiya Himninin yenilənmiş versiyası təqdim olundu - VİDEO 20 ildən sonra Olimpiya Himninin yenilənmiş versiyası təqdim olundu - VİDEO

Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə Gülüstan sarayında  təşkil olunmuş dövlət tədbirində Elnur Kələntərovun layihə rəhbəri olduğu Olimpiya Himninin yeni klipinin təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət və qeyri hökumət təşkilatlarının, beynəlxalq və milli idman komitələri və federasiyaların, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu layihə yaxın günlərdə başa çatmış Idman Filmləri və Proqramları Festivalında “Ən yaxşı klip” nominasiyasında 1-ci yerə layiq görülmüşdü. Himnin bəstəkarı Eldar Mansurovdur. İlk dəfə 2002-ci ildə MOK-un 10 illik yubileyi ərəfəsində bəstələnmiş himn və çəkilmiş klip 20 ildən sonra müasir quruluşda hazırlanıb. Bu dəfə himni ifaçılarla birlikdə layihənin rəhbəri Elnur Kələntərov da ifa edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media