https://innews.media/uploads/news/2026-06/_innews_13a057aaf79a9155b695b59d8_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” ixtisasının (rus bölməsi) III kurs tələbəsi Səkinə Hacızadə nüvəitələmə növü üzrə Azərbaycan çempionatında 14,09 metr nəticə göstərərək, U-23 qadınlar arasında yeni ölkə rekorduna imza atıb.
Bununla o, 1979-cu ildə Tatyana İvanova tərəfindən müəyyən edilmiş 14,00 metrlik Azərbaycan U-23 rekordunu yeniləyib.
Tələbəmizi bu əlamətdar uğur münasibətilə təbrik edir, ona gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq!
Ən son xəbərləri səhifəmizdən də izləyin