logo
Tahir Abdullayevin UFC Fight Night Baku-da döyüşəcəyi rəsmən təsdiqlənib

Tahir Abdullayevin UFC Fight Night Baku-da döyüşəcəyi rəsmən təsdiqlənib

Tahir Abdullayevin UFC Fight Night Baku-da döyüşəcəyi rəsmən təsdiqlənib Tahir Abdullayevin UFC Fight Night Baku-da döyüşəcəyi rəsmən təsdiqlənib

Azərbaycanlı idmançı Tahir Abdullayev (21-3) UFC təşkilatı ilə müqavilə imzalayıb və UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turnirinin iştirakçısı olacaq. 

Yarımorta çəki dərəcəsində onun rəqibi braziliyalı Ceferson Nasimento olacaq.  

Tahir Abdullayev UFC ilə müqavilə imzalayan beşinci azərbaycanlı döyüşçü olub.

UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycanlı  təmsilçi Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci-əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin “Shara Bullet” Maqomedov Michel Pereira ilə vuruşacaq.  

Turnir çərçivəsində daha iki azərbaycanlı döyüşçü - Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onların rəqibləri uyğun olaraq braziliyalı Mateus Kamilo və ABŞ-lı Erik Nolan olacaqlar. 

Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın! Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media