https://innews.media/uploads/news/2026-05/_innews_58c7c31d43aa2448b190b28f7_o.jpg
Qatara minik zamanı biletlə yanaşı aşağıdakı sənədlərin təqdim olunması mütləqdir:
- Pasportun əsli (myGov platformasından əldə edilən rəqəmsal versiya keçərli hesab olunmur);
- Gürcüstan tərəfinin tələblərinə uyğun səyahət sığortası;
- 5 yaşadək uşaqlarla səfər zamanı onların adına rəsmiləşdirilmiş pulsuz bilet;
- Uşağın bir valideynlə səfəri zamanı digər valideynin, yaxud valideynsiz başqa bir böyüklə səfər etdiyi halda hər iki valideynin notarial qaydada təsdiqlənmiş etibarnaməsi.
Qatara rahat və operativ keçid üçün qeyd olunan sənədləri əvvəlcədən hazırlamağınız xahiş olunur.
Bakı–Tbilisi qatarı bu gün saat 23:10-da ilk səfərini həyata keçirəcək.
Bütün sərnişinlərə xoş və təhlükəsiz yol arzulayırıq!
Ən son xəbərləri səhifəmizdən də izləyin