logo
Russell: Çətin sessiyada möhtəşəm pole əldə etdim

Russell: Çətin sessiyada möhtəşəm pole əldə etdim

Russell: Çətin sessiyada möhtəşəm pole əldə etdim Russell: Çətin sessiyada möhtəşəm pole əldə etdim

George Russell Kanada Qran Prisində keçirilən təsnifat mərhələsində “heç yerdən gələn” son dövrə ilə poul mövqeyini qazanaraq diqqət çəkib.

Mercedes-AMG Petronas Formula One Team pilotu sessiya boyunca çətin anlar yaşasa da, son cəhdində 1:12.578 nəticə göstərərək liderliyi ələ keçirib və komanda yoldaşı Kimi Antonelli-ni cəmi 0.068 saniyə qabaqlayıb.

Russell bildirib ki, sessiya ərzində yaşadığı çətinliklərdən sonra son dövrə gözlənilməz şəkildə mükəmməl alınıb:

“Son dövrə heç yerdən gəldi. Belə çətin sessiyada bunu etmək əla hiss idi.”

Pilot qeyd edib ki, Sprintdən sonra avtomobildə edilən dəyişikliklər və yağış ehtimalı olan yarış üçün hazırlıqlar balansı bir qədər pozsa da, son anda doğru kombinasiyanı tapmaq mümkün olub.

Kimi Antonelli isə sessiya boyunca rəqabətli olduğunu və temp baxımından güclü performans göstərdiyini bildirib.

Russell həmçinin komanda daxilində gərginlik olmadığını və Antonelli ilə sağlam rəqabətin davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, əsas hədəf bazar günü keçiriləcək yarışda maksimum nəticə əldə etməkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media