https://innews.media/uploads/news/2026-05/_innews_b73652bfd35a2d308dad9f8dd_o.jpg
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə dünya yeni geopolitik mərhələyə qədəm qoydu. Soyuq müharibənin başa çatması təkcə ikiqütblü siyasi sistemin süqutu demək deyildi ; eyni zamanda uzun illər SSRİ imperiyası sərhədləri daxilində yaşamış xalqların öz milli kimliklərinə, tarixlərinə və dövlətçilik ənənələrinə yenidən qayıdışı prosesi başlandı.
1991-ci ildən sonra postsovet məkanında yaranmış yeni müstəqil dövlətlər qarşısında mühüm bir sual dayanırdı:
- Bu xalqların tarixi dövlətçilik kökləri haradan başlayır...?
Məhz bu səbəbdən keçmiş sovet respublikalarında tarixə münasibət dəyişməyə başladı.
Baltik ölkələri orta əsr Avropa dövlətçilik ənənələrinə, Gürcüstan və Ermənistan qədim krallıqlara, Ukrayna Kiyev Rus dövlətinə, Orta Asiya respublikaları isə Türk–İslam və Çöl imperiyaları irsinə daha çox diqqət yetirməyə başladılar.
Bu proses xüsusilə Qazaxıstanda daha qabarıq formada özünü göstərdi.
Qazaxıstan prezidenti Qasım -Jomart Tokayev tərəfindən son illərdə bu mövzuda səsləndirilən fikirlər də məhz bu tarixi-siyasi xəttin davamıdır.
Tokayev 2026-cı ilin may ayının 19 da Astana şəhərində keçirilən beynəlxalq simpoziumda açıq şəkildə bəyan etdi ki:
“Qazaxıstan Qızıl Ordanın birbaşa varisidir.”
İlk baxışdan bu fikir yalnız siyasi bəyanat təsiri bağışlaya bilər. Lakin tarixə diqqətlə baxdıqda məlum olur ki, Tokayevin dediyi sözlərin arxasında çox ciddi tarixi əsaslar dayanır.
QIZIL ORDA NƏ İDİ...?
Tarixdə “Qızıl Orda” adlanan dövlət XIII əsrdə Çingiz xanın böyük oğlu Cuci tərəfindən yaradılmış nəhəng Türk-Monqol imperiyası idi. Sonralar bu dövlət “Ulus Cuci” adı ilə də tanındı.
"Qızıl Orda" imperiyası özünün ən qüdrətli dövründə:
Maraqlıdır ki, tarixşünaslıqda uzun illər Qızıl Orda əsasən “Monqol imperiyası” kimi təqdim edilsə də, zaman keçdikcə məlum oldu ki, bu dövlətin əhalisinin, ordusunun və siyasi elitasının mühüm hissəsini türk tayfaları təşkil etmişdir.
Xüsusilə: qıpçaqlar, naymanlar, kanqlılar, arqunlar, kereylər və digər türk tayfaları Qızıl Ordanın əsas sosial-siyasi dayağı olmuşdur.
Məhz bunun nəticəsində dövlətin dili, idarəçilik sistemi və mədəniyyəti getdikcə türkləşmişdi.
QAZAX XANLIĞI NECƏ YARANDI...?
XV əsrdə Qızıl Orda zəifləyərək parçalanmağa başladı. Onun yerində müxtəlif xanlıqlar yarandı.
Məhz həmin dövrdə Cuci nəslindən olan Kerey xan və Janibek xan tərəfindən Qazax xanlığının əsası qoyuldu.
Bu fakt son dərəcə mühüm tarixi əhəmiyyət daşıyır.
Çünki Qazax xanlığını yaradan hakim sülalə birbaşa Qızıl Ordanın hakim nəslinin davamçıları idi. Başqa sözlə desək:
Qazax xanlığı havadan yaranmamışdı ; o, Qızıl Ordanın siyasi və dövlətçilik ənənələrinin davamı kimi meydana çıxmışdı.
Bir çox tarixçilər hesab edir ki, bugünkü qazax xalqının etnik formalaşması da məhz Qızıl Orda dövründə başa çatmışdır.
Bu səbəbdən Tokayevin:
“Qazaxıstan Qızıl Ordanın varisidir”
fikri yalnız siyasi şüar deyil, həm də ciddi tarixi arqumentlərə əsaslanan yanaşmadır.
Müasir geopolitik proseslər fonunda Tokayevin bu məsələni xüsusi vurğulaması təsadüfi deyil.
Rusiyanın postsovet məkanında imperiya təsirini qorumaq cəhdləri, Ukrayna müharibəsindən sonra regionda yaranmış yeni siyasi gərginliklər və milli identiklik məsələlərinin aktuallaşması, Qazaxıstanı öz tarixi köklərinə daha açıq şəkildə istinad etməyə sövq edir.
Tokayev faktiki olaraq dünyaya belə bir mesaj verir:
“Qazax xalqının dövlətçilik tarixi 1991-ci ildən başlamır.”
Bu, olduqca mühüm siyasi mesajdır.
Çünki bəzi imperiya yönlü siyasi dairələr postsovet dövlətlərini “süni dövlətlər” kimi təqdim etməyə çalışırlar. Tokayev isə Qızıl Orda irsinə söykənərək göstərmək istəyir ki, qazax xalqı əsrlər boyu böyük dövlətçilik ənənəsinə malik olmuşdur.
Digər tərəfdən "Qızıl Orda" mövzusu yalnız Qazaxıstan üçün deyil, ümumilikdə türk dünyası üçün mühüm əhəmiyyət daşıyır.
Tarixə nəzər saldıqda görürük ki:
kimi böyük siyasi qurumlar türk xalqlarının yüksək dövlətçilik qabiliyyətinə malik olduğunu sübut etmişdir.
Qızıl Orda isə Avrasiya məkanında əsrlərlə geosiyasi tarazlığı müəyyən edən nəhəng imperiyalardan biri olmuşdur.
Məhz bu dövlət:
Qazax xanlığının birbaşa Qızıl Orda əsasında formalaşması danılmaz faktdır. Bu səbəbdən Tokayevin dediyi fikirlər müəyyən siyasi məna daşısa da, onların arxasında ciddi tarixi həqiqət dayanır.
Bu gün Qazaxıstan öz milli tarixini yenidən qiymətləndirərək yalnız sovet keçmişinə deyil, daha qədim Türk dövlətçilik ənənələrinə söykəndiyini bütün dünyanın diqqətinə çatdırır.
İnanırıq ki, XXI əsrdə Türk xalqlarının tarixi yaddaşının yenidən dirçəldilməsi prosesi daha da güclənəcəkdir.
Müəllif: Qəvami Sadıqbəyli
Ən son xəbərləri səhifəmizdən də izləyin