https://innews.media/uploads/news/2026-05/_innews_f66065d15f2f8baf7188084e6_o.jpg
Lyuis Həmilton Mayami Qran Prisində keçirdiyi çətin həftəsonundan narazı qaldığını bildirib.
Miami Grand Prix çərçivəsində yarışa 6-cı yerdən başlayan britaniyalı pilot finişi də eyni mövqedə tamamlayıb. Lakin yarışın gedişi onun üçün uğurlu alınmayıb.
Startdan dərhal sonra Max Verstappen fırlandıqda Həmilton milton vəziyyətdən yayınmağa məcbur olub. Daha sonra o, Franco Colapinto ilə mübarizədə təmas yaşayaraq bolidinə zərər verib. Bu isə yarışın qalan hissəsində onun tempinə ciddi təsir göstərib.
Yeddiqat dünya çempionu yarışdan sonra vəziyyəti belə şərh edib:
“Çətin, həqiqətən çətin həftəsonu idi. Uzun müddət ‘heç kimin torpağında’ qaldım. Zərərdən sonra demək olar ki, heç nəyim yox idi.”
Sprint yarışında da 7-ci olan Həmilton, əsas yarışda da oxşar ssenari ilə üzləşib. Komanda yoldaşı Charles Leclerc isə cəza səbəbindən geriləyərək yekun sıralamada onun arxasında qərarlaşıb.
Pilot əlavə edib ki, komandanın gətirdiyi yeniliklərə baxmayaraq gözləntilər doğrulmayıb:
“Düşünürdüm ki, daha rəqabətli olacağıq. Komanda çox çalışdı, amma nəticə istədiyimiz kimi olmadı. Buradan irəli getməliyik.”
Hamiltonun sözlərinə görə, komanda növbəti mərhələlərdə daha yaxşı nəticə əldə etmək üçün ciddi irəliləyiş etməlidir.