logo
Hadjar Mayamidə qəza etdi: “Çox axmaq səhv idi”

Hadjar Mayamidə qəza etdi: “Çox axmaq səhv idi”

Hadjar Mayamidə qəza etdi: “Çox axmaq səhv idi” Hadjar Mayamidə qəza etdi: “Çox axmaq səhv idi”

Red Bull komandasının pilotu Isack Hadjar Mayami Qran Prisində erkən qəza ilə yarışı başa vura bilməyib.

Gənc sürücü pit-leyndən start almasına baxmayaraq yarışa yaxşı başlayıb və ilk dövrələrdə bir neçə mövqe qazanaraq xallar uğrunda mübarizəyə qoşulmağa yaxın idi. Lakin 6-cı dövrədə 13-cü döngədə divara çırpılması onun ümidlərini puça çıxarıb və trasda Təhlükəsizlik Maşını rejimi tətbiq olunub.

21 yaşlı pilot yarışdan sonra məyusluğunu gizlətməyib:
“Bu, həqiqətən də ağrıdır. Tempim çox yaxşı idi və ötmələr asan görünürdü. Hər şey bir anda baş verdi və artıq divara çırpılmışdım. Xal itirdiyimə və avtomobilə zərər vurduğuma görə çox üzgünəm.”

Hadjar üçün həftəsonu ümumilikdə uğursuz alınıb. O, təsnifat mərhələsində 9-cu nəticə göstərsə də, texniki qayda pozuntusuna görə diskvalifikasiya olunub və yarışa pit-leyndən başlamağa məcbur qalıb. Sprint yarışında isə xallardan az fərqlə kənarda qalıb.

Qeyd edək ki, komanda yoldaşı Max Verstappen yarışı 5-ci pillədə tamamlayıb. Bu isə komandanın Mayami mərhələsinə gətirdiyi yeniliklərin effektivliyini göstərsə də, Hadjar üçün nəticə daha məyusedici olub.

Pilot sonda səhvini belə qiymətləndirib:
“Bu həftəsonundan müsbət nəticə ilə ayrılmaq istəyirdim. Amma çox axmaq bir səhv bütün planları alt-üst etdi.”

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin