https://innews.media/uploads/news/2026-05/_innews_34ef2b9e91593fc82384f265d_o.jpg
Mayın 2-də Bakıda “Study in Kazakhstan” beynəlxalq təhsil sərgisi keçirilib. "Beynəlxalq təhsil sizə daha yaxın!" şüarı altında keçirilən sərgidə Qazaxıstanın 20-dən artıq aparıcı universiteti və Azərbaycan Dövlət Pedaqeoji Universiteti də daxil olmaqla bir neçə yerli universitet də iştirak edib. Sərginin əsas məqsədi Azərbaycandan olan gənclərə təhsil yolunun seçilməsində dəstək göstərilməsi və beynəlxalq təhsil imkanlarına çıxışın genişləndirilməsi olub.
Sərgidə, həmçinin Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel çıxış edərək sərginin əhəmiyyəti barədə danışıb, ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələrdə olduğu kimi təhsil sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb.