logo
Maks Ferstappen “Red Bull”da qalmaq qərarı verib

Maks Ferstappen “Red Bull”da qalmaq qərarı verib

Maks Ferstappen “Red Bull”da qalmaq qərarı verib Maks Ferstappen “Red Bull”da qalmaq qərarı verib

Red Bull Racingin pilotu, dördqat dünya çempionu Maks Ferstappen komandası ilə bağlı qərarını verib.

“innews media”nın Daily Mailə istinadən yaydığı məlumata görə, 28 yaşlı niderlandlı sürücü ən azı 2026-cı il mövsümünün sonuna qədər “Red Bull”da qalmağı planlaşdırır.

Bildirilir ki, Ferstappen karyerası ərzində böyük uğurlar qazandığı komandaya sadiq qalmaq niyyətindədir. O, karyerasına fasilə verməyi düşünmür və qarşıdakı illərdə də çıxışını davam etdirməyə hazırlaşır.

Qeyd edək ki, Maks Ferstappen bütün “Formula 1” karyerasını Red Bull Racing sistemində keçirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin