https://innews.media/uploads/news/2026-05/_innews_1486faba082794ae24e312ca6_o.jpg
Yaxın Şərqdəki gərgin vəziyyət fonunda Formula 1 üzrə növbəti mərhələlərin taleyi qeyri-müəyyən olaraq qalır.
“innews media” xəbər verir ki, Sky Newsun məlumatına görə, Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Qran-pri yarışları baş tutmaya bilər.
Məlumata əsasən, Bəhreyn Qran-prisinin aprelin 12-də, Səudiyyə Ərəbistanı Qran-prisinin isə aprelin 19-da keçirilməsi nəzərdə tutulurdu. Lakin regionda davam edən gərginlik səbəbindən vəziyyət hələ də stabilləşməyib.
Bildirilir ki, məsələ ilə bağlı yekun qərarın yaxın 48 saat ərzində rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Qeyd olunub ki, yarışlar ləğv ediləcəyi təqdirdə Formula One Group bu mərhələləri mövsüm təqvimində digər yarışlarla əvəz etməyi planlaşdırmır.