logo
Azərbaycanda 2 aylıq şirkət dövlət qurumunun 4 milyon manatlıq tenderini uddu

Azərbaycanda 2 aylıq şirkət dövlət qurumunun 4 milyon manatlıq tenderini uddu

Azərbaycanda 2 aylıq şirkət dövlət qurumunun 4 milyon manatlıq tenderini uddu Azərbaycanda 2 aylıq şirkət dövlət qurumunun 4 milyon manatlıq tenderini uddu

“Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi “ZN TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

innews.media xəbər verir ki, müqavilədə qapalı (otaqda) və açıq məkanlarda istifadə üçün mexaniki təkərli və mühərrikli təkərli oturacaqlar satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 758 809 manatdır.

Qeyd edək ki, “ZN Trade” MMC bu ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Nüsrəddin Kərimovdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media