logo
Bakı metrosunda sərnişinlər təxliyə olunub - YENİLƏNİB

Bakı metrosunda sərnişinlər təxliyə olunub - YENİLƏNİB

Bakı metrosunda sərnişinlər təxliyə olunub - YENİLƏNİB Bakı metrosunda sərnişinlər təxliyə olunub - YENİLƏNİB

Sərnişinlərin nəzərinə!

Bakı Metropoliteninin yaydığı məlumata görə, Qara Qarayev metrosu – Nərimanov metrosu mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Bildirilib ki, sərnişinlərin təhlükəsizliyi tam təmin olunub və hər hansı xəsarət halı qeydə alınmayıb.

Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

* * *

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin