https://innews.media/uploads/news/2026-04/_innews_ed0af07d670ac26e6626aa667_o.jpg
Baş vermiş hal ilə əlaqədar sərnişin sıxlığının aradan qaldırılması məqsədilə marşrut xətlərinə əlavə avtobuslar cəlb olunub.
Məlumata görə, hazırda sərnişin axınının qarşılanması istiqamətində operativ tədbirlər görülür və bir neçə əsas istiqamət üzrə əlavə nəqliyyat vasitələri xəttə buraxılıb.
Belə ki, Koroğlu metrosu – 28 May metrosu, Elmlər Akademiyası metrosu – Nizami metrosu – 28 May metrosu, həmçinin Əhmədli metrosu – Sadıqcan küçəsi istiqamətlərində fəaliyyət göstərən marşrut xətlərinə əlavə avtobuslar buraxılıb.
Qeyd edilib ki, görülən tədbirlər sərnişinlərin rahat və fasiləsiz daşınmasının təmin olunmasına yönəlib.