logo
Bakı Metropoliteni Xocasən və Dərnəgül depoları üzrə tenderlərə hazırlaşır

Bakı Metropoliteni Xocasən və Dərnəgül depoları üzrə tenderlərə hazırlaşır

Bakı Metropoliteni Xocasən və Dərnəgül depoları üzrə tenderlərə hazırlaşır Bakı Metropoliteni Xocasən və Dərnəgül depoları üzrə tenderlərə hazırlaşır

Bakı Metropoliteni QSC Xocasən və Dərnəgül depoları ilə bağlı növbəti mərhələlər üzrə tender proseslərinə start verməyi planlaşdırır.

“innews media” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Xocasən deposunun ikinci mərhələsi, həmçinin Dərnəgül deposunun üçüncü mərhələsi üzrə işlərin tam yekunlaşdırılması və obyektlərin tam istismara verilməsi məqsədilə müvafiq tenderlər keçiriləcək.

M.Rzayev qeyd edib ki, Dərnəgül deposu ərazisində paralel olaraq digər iri infrastruktur layihələri də icra olunur. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Abay Kunanbayev küçəsi ilə Çinarlı Park Yaşayış Kompleksini birləşdirəcək avtomobil və piyada tunelinin tikintisi hazırda davam edir.

Bu səbəbdən Dərnəgül deposunun ikinci mərhələsinin tamamlanması prosesi müvəqqəti olaraq gözləmə mərhələsindədir. Bildirilib ki, qeyd olunan layihə başa çatdıqdan sonra depo üzrə tikinti-quraşdırma işləri yekunlaşdırılacaq və obyekt qismən fəaliyyətə başlayacaq.

Departament rəisi əlavə edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlarla müzakirələr davam edir və yekun tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin