logo
Bakı metrosunda tunel tikintisi Yeni Avstriya metodu ilə aparılır

Bakı metrosunda tunel tikintisi Yeni Avstriya metodu ilə aparılır

Bakı metrosunda tunel tikintisi Yeni Avstriya metodu ilə aparılır Bakı metrosunda tunel tikintisi Yeni Avstriya metodu ilə aparılır

Bakı Metropolitenində həyata keçirilən tunel tikintisi işləri mürəkkəb geoloji şərait nəzərə alınmaqla müasir texnologiyalar əsasında davam etdirilir.

“innews media” xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tunelin inşası Yeni Avstriya metodu ilə həyata keçirilir ki, bu yanaşma tikinti prosesində maksimum təhlükəsizliyin təmin olunmasına imkan yaradır.

M.Rzayev qeyd edib ki, işlər şəhər infrastrukturuna heç bir maneə yaratmadan davam etdirilir. Belə ki, yerüstü ərazilərdə nəqliyyatın, o cümlədən avtobusların, dəmiryol vağzalının və metrostansiyaların fəaliyyəti normal rejimdə saxlanılır.

Eyni zamanda, piyadaların təhlükəsiz hərəkətinin təmin olunması üçün bütün zəruri tədbirlər görülüb və müvafiq şərait yaradılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin