logo
“Cəfər Cabbarlı-Nizami” tunelinin birinci mərhələsi tamamlanıb

“Cəfər Cabbarlı-Nizami” tunelinin birinci mərhələsi tamamlanıb

“Cəfər Cabbarlı-Nizami” tunelinin birinci mərhələsi tamamlanıb “Cəfər Cabbarlı-Nizami” tunelinin birinci mərhələsi tamamlanıb

Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində həyata keçirilən mühüm infrastruktur işlərindən biri üzrə ilkin mərhələ yekunlaşıb.

“innews media” xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək və uzunluğu təxminən 200 metr olan tunelin inşasının birinci mərhələsi artıq başa çatdırılıb. Layihə çərçivəsində “28 May” stansiyası ətrafında iki fərqli ərazidə qazıntı işləri aparılıb və xüsusi hazırlıq şaxtaları yaradılıb.

M.Rzayev qeyd edib ki, həmin şaxtalar tikinti prosesinin səmərəli təşkili, eləcə də texnika və tikinti materiallarının əraziyə çatdırılması üçün nəzərdə tutulub. O, həmçinin bildirib ki, “Cəfər Cabbarlı” stansiyası istiqamətindən əsas tunel sahəsinə qədər olan yanaşma hissələrinin tikintisi də artıq tamamlanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin