https://innews.media/uploads/news/2022-11/_innews_9be35670336c991e728641e89_o.jpg
Gəncədə, Sumqayıtda və Bakı Dövlət Universitetinin SABAH qruplarında psixologiya təhsili alan tələbələrə elmi tədqiqatların keçirilməsi və yazılmasının öyrədilməsi ilə bağlı təlim keçirilib.
“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elşən Rüstəmov və layihənin rəhbəri Kamil Həmidov təlimlərdə ictimai birliyin fəaliyyəti, gənclər üçün yaratdıqları imkanlardan, eləcə də layihənin məqsəd və vəzifələrindən danışıblar.
Təlimçi psixoloq Ceyhunə Dəmirova isə interaktiv qaydada, qeyri-formal təhsil yanaşmasından istifadə edərək mövzunu tələbələrə çatdırmışdır. İştirakçılar mini qruplara bölünərək psixoloji tədqiqat prosesinin simulyativ modelini yaratmaqla təcrübə qazanıblar.
Tədbirlərin sonunda iştirakçılara kitabça, sertifikat, dəftərxana ləvazimatları təqdim edilib.
“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “PsixoTədqiqat: psixologiya təhsili alan tələbələrə elmi tədqiqatların keçirilməsi və yazılmasının öyrədilməsi” layihəsinin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
İctimai Birlik layihə üzrə tədbirlərin keçirilməsində göstərdiyi köməyə görə Gəncə Dövlət Universitetinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinə, BDU-nun və SABAH mərkəzinin rəhbərliyinə fəal iştirak üçün tələbələrə təşəkkür edir.
Ən son xəbərləri səhifəmizdən də izləyin