logo
Nazir Rəşad Nəbiyev “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri ilə görüşüb

Nazir Rəşad Nəbiyev “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri ilə görüşüb

Nazir Rəşad Nəbiyev “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri ilə görüşüb Nazir Rəşad Nəbiyev “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə işgüzar səfərdə olan “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov ilə görüş keçirib.

Görüş zamanı nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə işləri üzrə birgə layihə çərçivəsində əldə olunmuş nəticələr və əsas məqsədlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün yekununda AZCON Holding ilə “Samruk-Kazına” ASC-nin törəmə şirkəti olan “Samruk-Kazına Invest” MMC arasında dibdərinləşdirmə gəmisinin alışı və dibdərinləşdirmə işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılmasına dair səhmdarlar sazişi imzalanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin