https://innews.media/uploads/news/2026-03/_innews_2bd65202fb238dfc6dda978f8_o.jpg
"innews media" xəbər verir ki, bu barədə FHN-ın Mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib.
Görülmüş tədbirlər nəticəsində 36-sı azyaşlı olmaqla ümumilikdə 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.