https://innews.media/uploads/news/2026-03/_innews_0eab5af4eff9f0e046d064e82_o.jpg
Gənclər və İdman Nazirliyində keçirilən Kollegiya iclasında 2026-cı il üzrə “İdman səfirləri”nin seçkisi baş tutub.
Səsvermənin nəticələrinə əsasən, müxtəlif idman növlərini təmsil edən bir qrup idmançı “İdman səfiri” adına layiq görülüb.
Belə ki, Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusufova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Elçin Əsədov (velosiped) 2026-cı il üçün “İdman səfiri” seçiliblər.
Qeyd edək ki, “İdman səfirləri” layihəsi idmanın təbliği, sağlam həyat tərzinin təşviqi və gənclərin idmana marağının artırılması məqsədi daşıyır.