logo
Finlandiyanın rəsmi nümayəndə heyəti Bakı Limanına səfər edib

Finlandiyanın rəsmi nümayəndə heyəti Bakı Limanına səfər edib

Finlandiyanın rəsmi nümayəndə heyəti Bakı Limanına səfər edib Finlandiyanın rəsmi nümayəndə heyəti Bakı Limanına səfər edib

Finlandiyanın xarici işlər nazirinin müavini Nina Vaskunlahtinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanında olub və limanın rəhbərliyi ilə görüşüb. Nina Vaskunlahti, həmçinin Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kirsti Narine və Finlandiyanın Xarici İşlər Nazirliyinin digər rəsmiləri eləcə də Finlandiyanın aparıcı logistika və ticarət şirkətləri – “Teknos”, “Gemza Group” və “Wartsila” şirkətlərinin nümayəndələri müşayiət ediblər.

Görüş zamanı tərəflər Avropa və Asiya arasında birləşdirici kimi Bakı Limanının və Azərbaycanın regiondakı strateji mövqeyini, həmçinin Orta Dəhliz boyunca liman əməliyyatlarının rəqəmsallaşdırılması və avtomatlaşdırılması sahəsində potensial layihələri müzakirə ediblər.

Qeyd edək ki, 2022-ci il mayın 27-də Çinin Tuanjiecun dəmir yolu stansiyasından Finlandiyaya ilk yük blok qatarı Bakı Limanına gəlib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media