logo
“SOCAR Downstream Management” şirkətində çalışan Bakı Ali Neft Məktəbinin məzunları ilə görüş keçirilib

“SOCAR Downstream Management” şirkətində çalışan Bakı Ali Neft Məktəbinin məzunları ilə görüş keçirilib

“SOCAR Downstream Management” şirkətində çalışan Bakı Ali Neft Məktəbinin məzunları ilə görüş keçirilib “SOCAR Downstream Management” şirkətində çalışan Bakı Ali Neft Məktəbinin məzunları ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) “SOCAR Downstream Management” şirkətində çalışan 100-dək məzunu ilə görüş keçirilib.

Görüşdə çıxış edən BANM-in rektoru Elmar Qasımov məzunların nailiyyətlərindən məmnunluq duyduğunu, onların uğurları ilə qürur hissi keçirdiyini bildirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Rektor qeyd edib ki, “SOCAR Downstream”ə daxil olan müəssisələrdə çalışan 100-dək məzunun doqquzunun qısa müddətdə rəhbər vəzifələrə yüksəlməsi  məzunlara göstərilən yüksək etimadın bariz göstəricisidir. Rektor ötən il ərzində 25 məzunun "SOCAR Downstream Management” şirkətində işlə təmin olmasının da BANM təhsilinə olan inamın nümunəsi olduğunu qeyd edib.

O, şirkətdə çalışan və rəhbər vəzifələrə yüksələn məzunların sayının artmasının böyük qürur mənbəyi olduğunu vurğulayaraq, məzunların BANM-də qazandıqları bilik və bacarıqları istehsalat prosesində səmərəli şəkildə tətbiq etdiklərini qeyd edib.

Görüşdə çıxış edən "SOCAR Downstream Management" şirkətinin Baş direktoru Emil Alxaslı BANM məzunlarının yüksək peşəkarlıq səviyyəsinə malik olduqlarını və istehsalat sahəsində özlərini yüksək səviyyədə doğrultduqlarını bildirib. O qeyd edib ki, BANM məzunlarının fəaliyyəti nəticəsində istehsalatda qadın əməkdaşların sayı da artmaqdadır və məzunların 30 faizini xanımlar təşkil edir.

Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov BANM məzunlarının peşəkarlığından məmnunluğunu ifadə edərək bildirib ki, artıq 3 məzun qısa müddət ərzində zavodda rəhbər vəzifəyə yüksəlib.

Daha sonra BANM məzunları çıxış edərək BANM-də əldə etdikləri bilik və bacarıqların onların peşəkar inkişafında mühüm rol oynadığını bildiriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin