https://innews.media/uploads/news/2026-03/_innews_fa9e1c6a73324115c2e9cb0b9_o.jpg
Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Məlumata görə, əlavə səfərlər 7 və 9 mart tarixlərində hər iki istiqamət üzrə həyata keçiriləcək.
Sərnişinlər biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, bu istiqamətlər üzrə həmçinin Bakı–Qazax–Bakı marşrutu ilə gündəlik səfərlər təşkil olunur.