logo
Azərkosmos ilk dəfə Barselonada keçirilən “MWC 2026” sərgisində təmsil olunur

Azərkosmos ilk dəfə Barselonada keçirilən “MWC 2026” sərgisində təmsil olunur

Azərkosmos ilk dəfə Barselonada keçirilən “MWC 2026” sərgisində təmsil olunur Azərkosmos ilk dəfə Barselonada keçirilən “MWC 2026” sərgisində təmsil olunur

AZCON Holding şirkətlərindən olan Azərkosmos ilk dəfə olaraq İspaniyanın Barselona şəhərində keçirilən, dünyanın ən nüfuzlu texnologiya və rabitə tədbirlərindən biri hesab olunan “Mobile World Congress (MWC) 2026” sərgisində iştirak edir.

Bu iştirak Azərbaycanın kosmik sənaye potensialının beynəlxalq səviyyədə təqdim olunması ilə yanaşı, ölkənin qlobal rəqəmsal və kosmik ekosistemin fəal iştirakçısı kimi mövqeyinin daha da gücləndirilməsində mühüm əhəmiyyət daşıyır.

“MWC 2026” çərçivəsində Azərkosmos telekommunikasiya və geniş spektrli peyk rabitəsi xidmətlərini, Yer müşahidəsi və geoinformasiya həllərini, eləcə də rəqəmsal transformasiya imkanlarını təqdim edir.

Xüsusilə Azərkosmosun “Azconnexus” platforması və “Əşyaların interneti (IoT)” həlləri sənaye, kənd təsərrüfatı, logistika və “ağıllı” şəhər tətbiqləri üçün innovativ rabitə imkanları təqdim edərək müəssisələrin rəqəmsal transformasiyasını sürətləndirir və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir.

Azərkosmosun “MWC 2026”da iştirakı şirkətin 15 illik yubileyi ilə üst-üstə düşərək qurumun kosmik sənayedə keçdiyi inkişaf yolunu və əldə etdiyi nailiyyətləri bir daha nümayiş etdirir.

Bu gün Azərkosmos yalnız peyk operatoru kimi deyil, regionda rabitə, innovasiya və rəqəmsal inkişafın aparıcı qüvvələrindən biri kimi çıxış edir.

Qeyd edək ki, “Mobile World Congress 2026” sərgisi 2-5 mart tarixlərinədək davam edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin