logo
ADY Alabaşlı–Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini başa çatdırır

ADY Alabaşlı–Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini başa çatdırır

ADY Alabaşlı–Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini başa çatdırır ADY Alabaşlı–Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini başa çatdırır

Azərbaycan Dəmir Yolları (ADY) Alabaşlı–Qızılca dəmir yolu sahəsində həyata keçirilən əsaslı təmir işlərini yekunlaşdırmaq üzrədir.

Məlumata görə, 1950-ci illərdə istismara verilən və həmin vaxtdan bəri ilk dəfə tam şəkildə yenilənən 20 kilometrlik dəmir yolu xətti müasir infrastruktur tələblərinə uyğunlaşdırılır.

Bildirilib ki, yenilənən xətt vasitəsilə xüsusilə dəmir yolu təsərrüfatı üçün vacib olan çınqıl və qırmadaş kimi tikinti materiallarının daha təhlükəsiz və səmərəli daşınması təmin ediləcək.

Layihənin həyata keçirilməsi yükdaşıma imkanlarının genişləndirilməsinə, logistika proseslərinin optimallaşdırılmasına və dəmir yolu infrastrukturunun dayanıqlığının artırılmasına xidmət edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin