https://innews.media/uploads/news/2026-03/_innews_098a0bffe22b4c773d4da1057_o.jpg
Azərbaycan Dəmir Yolları (ADY) Novruz bayramı münasibətilə sərnişinlərin rahat səfərini təmin etmək məqsədilə Bakı–Ağdam–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Məlumata görə, sərnişinlər 21, 23, 25 və 28 mart tarixlərində qeyd olunan istiqamət üzrə hər iki istiqamətdə səfər edə biləcəklər.
Bildirilib ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi internet səhifəsindən və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, əlavə reyslər Novruz bayramı günlərində artan sərnişin axınının qarşılanması və vətəndaşların bölgələrə rahat səfərinin təşkili məqsədi daşıyır.