logo
Xocalı soyqırımı ABŞ məbuatının diqqətində

Xocalı soyqırımı ABŞ məbuatının diqqətində

Xocalı soyqırımı ABŞ məbuatının diqqətində Xocalı soyqırımı ABŞ məbuatının diqqətində

ABŞ-nin Şimali Karolina ştatının Apeks, Fuquay Varina və Holli Springs şəhərlərində nəşr olunan və geniş oxucu auditoriyasına malik “Suburban Living” jurnalında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalə yayımlanıb.

Məqalə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə dərc edilib. Yazıda “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının məqsəd və əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, kampaniya Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, qurbanların xatirəsinin yad edilməsi və hadisələrin unudulmaması istiqamətində həyata keçirilir. Məqalədə, həmçinin www.justiceforkhojaly.org saytına da istinad edilib.

Məlumat üçün bildirək ki, 10 ilə yaxındır nəşr olunan jurnalda bundan öncə də Xocalı soyqırımının 30, 31 və 33-cü ildönümü ilə bağlı məqalələr dərc edilib.

Məqaləni ətraflı aşağıdakı linkdən oxumaq mümkündür:

http://hollysprings.suburbanlivingmag.com/flipbook/mobile/index.html#p=49

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin