https://innews.media/uploads/news/2026-03/_innews_d86cef5462b0789509a836195_o.jpg
Böyük Britaniyanın ali təhsil müəssisələrindən olan Esseks Universitetində Xocalı soyqırmının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Universitetdə fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Əli Xəlilov iştirakçılara Xocalı faciəsinin tarixi, səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində faciəyə dair qısametrajlı məlumatlandırıcı videomateriallar nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, Böyük Britaniyanın 10-dan çox nüfuzlu ali təhsil müəssisəsində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətləri beynəlxalq akademik mühitdə ölkəmizin tarixi həqiqətlərinin geniş şəkildə təbliğində mühüm rol oynayırlar. Bu cəmiyyətlər tərəfindən keçirilən anım və məlumatlandırma tədbirləri gənclər arasında tarixi yaddaşın qorunmasına və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verir.