https://innews.media/uploads/news/2026-03/_innews_720f445ffaca69f1512ba6432_o.jpg
Böyük Britaniyanın London və Edinburq şəhərlərində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan məlumatlandırıcı LED aksiya təşkil edilib. Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Britaniya Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə həyata keçirilib.
Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü Fəridə Pənahovanın təşkilatçılığı ilə keçirilən aksiyada Xocalı həqiqətlərini əks etdirən LED ekranlı avtomobillər hər iki şəhərin mərkəzi küçələrində hərəkət ediblər. Avtomobillər əhalinin sıx toplaşdığı məkanlarda və rəsmi qurumların inzibati binaları qarşısında dayanaraq soyqırımı ilə bağlı mühüm məlumatları ictimaiyyətin diqqətinə çatdırıblar.
Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi, bu il də Böyük Britaniyada keçirilən aksiya geniş ictimai maraq doğurub. Xocalı soyqırımının ildönümü ilə əlaqədar təşkil olunan bu kimi tədbirlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha dolğun şəkildə çatdırılması, soyqırımın tanıdılması və törədilən cinayətlərin dünya miqyasında ifşa olunması baxımından mühüm əhəmiyyət daşıyır.