https://innews.media/uploads/news/2026-03/_innews_03a640c25ce3b7eb3fbc724f1_o.jpg
Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar saat 17:00-da bütün ölkə ərazisində olduğu kimi, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamına əsasən, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.