https://innews.media/uploads/news/2026-03/_innews_3f44e9132a7a298b102697c4b_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə “Xocalı soyqırımı – yaddaşlardan silinməyən ağrı” adlı foto və kitab sərgisi açılıb.
Sərgidə Azərbaycan, ingilis və rus dillərində Xocalı faciəsinin tarixi həqiqətlərini, Ermənistanın hərbi-siyasi təcavüzünü və işğalçılıq siyasətini faktlarla əks etdirən 50-dək kitab nümayiş olunur.
Bura “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi”, “Vətən harayı”, “Erməni terroru”, “Xocalı soyqırımı”, “Qarabağ düyünü” kimi kitablar daxildir.
Sərgidə həmçinin Xocalı faciəsinin dəhşətlərini əks etdirən 30-dək tarixi fotoşəkil də təqdim olunur.
Sərgi fevralın 27-dək ziyarətçilərin üzünə açıq olacaq.