https://innews.media/uploads/news/2026-03/_innews_533a39beb8c59b5c4fe67f51d_o.jpg
Ermənistan-Türkiyə sərhədində yerləşən “Axurik” sərhəd-keçid məntəqəsində rusiyalı sərhədçilər erməni hərbçilərlə əvəz olunub.
"innews media" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistan hökumətinin 2021–2026-cı illər proqramının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilən hesabatda bildirilir ki, 1 mart 2025-ci il tarixindən etibarən Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində xidməti yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları həyata keçirir.
Sənəddə qeyd olunur ki, 2026-cı ilin əvvəlindən “Axurik” sərhəd-keçid məntəqəsində də xidmət tam şəkildə Ermənistan MTX-nin Sərhəd Qoşunları tərəfindən icra edilir. Hazırda Ermənistan sərhədlərində fəaliyyət göstərən bütün keçid məntəqələri ölkənin sərhəd qoşunlarının tam nəzarəti altındadır.