https://innews.media/uploads/news/2026-02/_innews_86204149d3d317b0a55ba4854_o.jpg
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 25 fevral tarixində “Youth Cyber Forum” keçirilib.
Youth Cyber Forum çərçivəsində “Süni intellekt dövründə kibertəhlükəsizlik: Rəqəmsal karyeranın inkişafı və kibermühafizə tədbirləri” mövzusunda panel müzakirə baş tutub.
Panel müzakirə süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda kibertəhlükəsizlik sahəsində yaranan yeni çağırışlar, risklər və imkanların müzakirəsinə həsr olunub.
Panelin moderatoru AKTA-nın kibertəhlükəsizlik eksperti Nərgiz Əliyeva olub. Spiker qismində isə AKTA-nın kibertəhlükəsizlik ekspertləri Lalə Kərimova, Lamiya Nəcəfova, Yusif Süleymanlı və Məmməd Məmmədov çıxış ediblər.
Müzakirələr zamanı aşağıdakı istiqamətlər xüsusi vurğulanıb:
- Süni intellekt əsaslı kibertəhdidlərin artan dinamikası;
- AI alətlərindən müdafiə mexanizmi kimi istifadə imkanları;
- Rəqəmsal karyera perspektivləri və tələb olunan kompetensiyalar;
- Gənclərin kibertəhlükəsizlik ekosistemində rolu;
- Proaktiv kibermühafizə yanaşmalarının əhəmiyyəti.
Spikerlər tərəfindən real praktiki nümunələr əsasında hücum ssenariləri və müdafiə strategiyaları izah olunub, iştirakçıların sualları cavablandırılıb və sahədə inkişaf üçün konkret istiqamətlər təqdim edilib.
Tədbirin sonunda iştirakçılarla interaktiv müzakirə aparılıb və kibertəhlükəsizlik sahəsində gələcək təşəbbüslər barədə məlumat verilib.