logo
“Gələcəyin Şifrinin Açılması: Süni İntellekt, Təhlükəsizlik və Rəqəmsal Keçid” adlı simpozium keçirilib

“Gələcəyin Şifrinin Açılması: Süni İntellekt, Təhlükəsizlik və Rəqəmsal Keçid” adlı simpozium keçirilib

“Gələcəyin Şifrinin Açılması: Süni İntellekt, Təhlükəsizlik və Rəqəmsal Keçid” adlı simpozium keçirilib “Gələcəyin Şifrinin Açılması: Süni İntellekt, Təhlükəsizlik və Rəqəmsal Keçid” adlı simpozium keçirilib

Qərbi Kaspi Universitetində “Gələcəyin Şifrinin Açılması: Süni İntellekt, Təhlükəsizlik və Rəqəmsal Keçid” (Decoding the Future: AI, Security, and the Digital Shift) adlı beynəlxalq simpozium keçirilib.

Tədbirin açılışında universitet rəhbərliyi çıxış edərək süni intellektin qlobal inkişaf dinamikasında strateji rolundan və ali təhsil müəssisələrinin bu prosesdə üzərinə düşən məsuliyyətdən danışıb.

Daha sonra ABŞ səfirliyinin mədəniyyət müşaviri Randy Cole, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabbarov, eləcə də Kaliforniya Universitetinin kompüter elmləri üzrə professoru, hazırda universitetimizdə 2 həftəlik xüsusi kurs keçən Gene Tsudik çıxış edərək süni intellektin təhlükəsizlik mühitinə təsiri, rəqəmsal çağırışlar və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində süni intellektin ali təhsildə tətbiqi, rəqəmsal transformasiya prosesləri, çoxagentli sistemlər, kibermünaqişələrin modelləşdirilməsi və AI əsaslı təhlükəsizlik strategiyaları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yerli və beynəlxalq ekspertlər süni intellektin yaratdığı imkanlar və risklər barədə fikirlərini bölüşərək bu sahədə strateji yanaşmalarını təqdim ediblər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU), “Azerconnect Group”un və digər qurumların əməkdaşları çıxış edərək süni intellektin ali təhsil, biznes və kibertəhlükəsizlik sahələrinə təsirindən danışıblar. 

Onlayn formatda simpoziuma qoşulan QKU-nun əcnəbi professorları Technical University of Munich nəzdində fəaliyyət göstərən “Hurwitz Society”nin vitse-prezidenti Florian Rupp və Hawassa University Institute of Technologyni təmsil edən Dr.Baseem Khan da süni intellekt dövründə kiber münaqişələr və rəqəmsal təhlükəsizlik mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda Qərbi Kaspi Universitetinin tələbələri süni intellekt və rəqəmsal təhlükəsizlik sahəsində innovativ ideya və layihələrini təqdim ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin