logo
ADPU tələbləri şəhid Muxtar Qasımlının məzarını ziyarət ediblər

ADPU tələbləri şəhid Muxtar Qasımlının məzarını ziyarət ediblər

ADPU tələbləri şəhid Muxtar Qasımlının məzarını ziyarət ediblər ADPU tələbləri şəhid Muxtar Qasımlının məzarını ziyarət ediblər

Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri Vətən müharibəsi şəhidi Muxtar Əli oğlu Qasımlının doğum günü münasibətilə onun məzarını ziyarət ediblər.

Ziyarətin əsas məqsədi Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidimizin əziz xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunu bir daha xatırlatmaq olub.

Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin