logo
“Yarımçıq qalmış” - qəhrəmanların yarımçıq taleləri səhnədə canlandırıldı

“Yarımçıq qalmış” - qəhrəmanların yarımçıq taleləri səhnədə canlandırıldı

“Yarımçıq qalmış” - qəhrəmanların yarımçıq taleləri səhnədə canlandırıldı “Yarımçıq qalmış” - qəhrəmanların yarımçıq taleləri səhnədə canlandırıldı

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Yarımçıq qalmış” tamaşa layihəsi uğurla başa çatmışdır.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış qəhrəmanların həyat hekayələrinə əsaslanan, müəllifləri Leyla Bəyim və Efim Abramov olan tamaşa layihə müddəti ərzində hazırlanaraq tamaşaçılara təqdim olunmuşdur. Layihə çərçivəsində tamaşanın premyerası Bakı şəhərində keçirilmiş, daha sonra Şəki və Lənkəran şəhərlərində nümayişləri təşkil edilmişdir.

Tamaşa ölkəmizin müstəqilliyi naminə canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla anaraq, onların yarımçıq qalmış arzularını, taleyin yarıda saxladığı hekayələri və xalqımızın yaddaşına həkk olunmuş igidlik nümunələrini poetik və simvolik bədii üslubda tamaşaçıya çatdırmışdır. Səhnə həlli və dramaturji yanaşma vasitəsilə şəhidlərin mənəvi dünyası, duyğuları və xalqla mənəvi bağlılığı təsirli formada təqdim olunmuşdur.

Layihə müddətində tamaşa geniş auditoriya tərəfindən böyük maraqla qarşılanmış, mədəniyyətin təbliği və vətəndaşların asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətli nəticələr əldə edilmişdir. Eyni zamanda, layihə milli-mənəvi dəyərlərin, müstəqillik ruhunun və qəhrəmanlıq ənənələrinin gənc nəsillərə aşılanmasına töhfə vermişdir.

“Yarımçıq qalmış” tamaşa layihəsinin uğurla yekunlaşması, Azərbaycan tarixində qəhrəmanlıq salnaməsinin incəsənət vasitəsilə yaşadılması istiqamətində mühüm və yadda qalan bir addım kimi dəyərləndirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin