https://innews.media/uploads/news/2026-02/_innews_aa473bb410096c3dc93a7d0ab_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında tələbələrlə “İnsan kapitalının inkişafında gənclərin rolu” mövzusunda görüş keçirilib. Görüşdə Milli Məclisin deputatları — Tamam Cəfərova, Şahin Seyidzadə, Novruz Aslan və Elçin Mirzəzadə iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə filialın şəhid-məzunlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər güllər düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca qonaqlar filialın tədris mühiti, maddi-texniki bazası ilə tanış olublar.
Filialın direktoru dosent Tünzalə Yusifova çıxışında qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində milli dəyərlərə sadiq, müasir dünyagörüşlü və rəqabətqabiliyyətli gənclik formalaşıb. Direktor qeyd etdi ki, insan kapitalının inkişafı gənclərin təhsili ilə birbaşa bağlıdır və bu sahəyə yatırılan sərmayə ölkənin davamlı inkişafına xidmət edir.
Ardınca çıxış edən Milli Məclisin deputatları — Tamam Cəfərova, Şahin Seyidzadə, Novruz Aslan və Elçin Mirzəzadə çıxışlarında müasir dövrdə insan kapitalının ölkənin intellektual potensialını ifadə etdiyini vurğulayıblar. Qeyd olunub ki, bu potensialın formalaşmasında gənclər həlledici rol oynayır. Onlar dəyişən çağırışlara çevik uyğunlaşır, innovativ təşəbbüslərlə çıxış edir və strateji inkişaf proseslərində fəal iştirak edirlər. Gənclərə dövlət qayğısı uzunmüddətli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir və sağlam, savadlı, vətənpərvər, təşəbbüskar nəslin formalaşdırılması ölkənin davamlı və dayanıqlı inkişafının əsas təminatıdır. Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri olan rəsmilər insan kapitalının əsasını təşkil edən gənclərdə rəqabətqabiliyyətlilik, kreativlik, tənqidi təfəkkür, texnoloji savadlılıq və sosial məsuliyyət kimi keyfiyyətlərin formalaşdırılmasının, eləcə də süni intellekt və rəqəmsallaşma çağırışlarına adekvat uyğunlaşmanın prioritet istiqamətlərdən biri olduğunu bildiriblər.
Çıxışlardan sonra tədbir açıq dialoq və interaktiv müzakirə formatında davam etdirilib.